Pambıq tədarükü 190 min tona yaxınlaşıb

Pambıq tədarükü 190 min tona yaxınlaşıb
  25 Noyabr 2017    Oxunub:1701
Noyabrın 25-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 189 min 567,65 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, ötən gün 897,82 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

AzVision.az


Teqlər: pambıq   DSK  





Xəbər lenti