Cocuq Mərcanlıda hərbi sursatlar tapılıb
Doqquz gün ərzində səkkiz partlamamış hərbi sursat (bir ədəd F-1 əl qumbarası, bir ədəd UZRQM partladıcısı, iki RQ-42 əl qumbarası, 1 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və bir piyada əleyhinə mina (OZM-72) aşkarlanıb. 164 min 700 kvadratmetr ərazi tam təmizlənib, 56 min 600 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən noyabrın 25-dək, ümumilikdə, 7525 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 34 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 4 milyon 974 min 92 kvadratmetr ərazi yoxlanılıb.
AzVision.az
Teqlər: ANAMA Cocuq-Mərcanlı