"Azərpoçt"un baş direktoru işdən çıxıb - Yenilənib

"Azərpoçt"un baş direktoru işdən çıxıb - Yenilənib
  27 Noyabr 2017    Oxunub:10000
"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov oktyabrın 16-da öz ərizəsi ilə işdən ayrılıb.

Bu barədə AzVision.az-a “Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova deyib.
Qurum rəsmisi bildirib ki, hazırda baş direktor vəzifəsinin icrasını müvəqqəti olaraq baş direktorun müavini Sübhan Kazımov əvəz edir: “Onunla hər hansı bir problem yaşanmayıb. İnsanın özü hüququdur, ərizəsini yazıb, işdən azad olunub”.

Qeyd edək ki, Ü.Mansurov bu il martın 31-də "Azərpoçt" MMC-nin baş direktoru təyin edilmişdi.

AzVision.az


Teqlər: Azərpoçt  





Xəbər lenti