Xarici taksi xidmətlərinə ƏDV tətbiq ediləcək

Xarici taksi xidmətlərinə ƏDV tətbiq ediləcək
  28 Noyabr 2017    Oxunub:2665
Dekabrın 1-dən etibarən Azərbaycanda fəaliyyət göstərən xarici taksi xidmətlərinə (Uber, Taxify və s.) kartla ödəniş zamanı 18% Əlavə Dəyər Vergisi (ƏDV) tətbiq ediləcək.
Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov AzVision.az-a bildirib ki, Azərbaycan Banklar Assosasiyasının nümayəndələri ilə Vergilər Nazirliyində UBER taksi xidmətlərinin vergiyə cəlb olunması məsələsi ətrafında bir neçə dəfə görüşlər keçirilib.

“Banklar tərəfindən özlərinin proqram təminatlarında müvafiq texniki işlərin həyata keçirilməsi və UBER taksi xidmətlərinə görə Azərbaycan rezidentləri tərəfindən xaricə köçürülən məbləğdən ƏDV-nin tutulacağı onlara bildirilib”- deyə nazirlik rəsmisi vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Vergilər-Nazirliyi   ƏDV   Taksi  





Xəbər lenti