“Rza Zərrab kimdir ki, ona görə bizi hədələyirlər?” - MHP lideri

“Rza Zərrab kimdir ki, ona görə bizi hədələyirlər?” - MHP lideri
  28 Noyabr 2017    Oxunub:2397
“Rza Zərrab barəsində qərar Türkiyə məhkəmələrində verilməlidir”

AzVision.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib. MHP lideri bildirib ki, qaçaqmalçının, cinayətkarın etdiyi əməllərə Türkiyə Respublikasında hüquqi qiymət verilməlidir.
“ABŞ Türkiyənin etibarı, iradəsi, nüfuzu, siyasi və iqtisadi haqları ilə oynamağı, bunları zədələməyi necə və hansı haqla edir? Rza Zərrab kimdir ki, ona görə Türkiyəyə hədə gəlirlər? Bizim ABŞ-ın ədliyyə sistemindən alacağımız, öyrənəcəyimiz heç nə yoxdur. Əcnəbi ölkənin ağzına baxıb, bizə nə verəcək deyərək siyasət aparmaq şərəfli keçmişimizdə olmayan, görülməyən, eşidilməyən və bundan sonra da eşidilməyəcək bir hərəkətdir. Milliyətçi Hərəkət Partiyası Türkiyə Respublikasının ABŞ-da ittiham edilməsinə qiyabi və ya qəsdən məhkəməyə çıxarılmasını şiddətlə qınayır və qarşı çıxacaqdır”.

Aytən Zəhra
AzVision.az


Teqlər: MHP   Bağçalı  





Xəbər lenti