Növbəti ixrac missiyası Dubaya gedir

Növbəti ixrac missiyası Dubaya gedir
  29 Noyabr 2017    Oxunub:1594
"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası dekabrın 3-7-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil olunacaq.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ixrac missiyasında təmsil olunan meyvə-tərəvəz istehsalçıları dekabrın 5-7-də Dubayda keçiriləcək Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan "WOP Dubai"da da iştirak edəcəklər. Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgi çərçivəsində seminar və ikitərəfli görüşlər təşkil ediləcək.

Dubay şəhərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.

AzVision.az


Teqlər: Dubay   Nazirlik   İxrac  





Xəbər lenti