MİDA-dan
AzVision.az-a verilən məlumata görə, “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”ni imzalayan vətəndaşlar Azərbaycanda ilk dəfə olaraq mənzilin qabaqcadan qeydiyyat sənədi (Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış) əsasında, həmin mənzili girov qoyaraq “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq edən müvəkkil bankların təqdim etdiyi güzəştli ipoteka kreditlərindən yararlana biləcəklər.
“Alqı-satqı müqaviləsi”nin və “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin notariuslar tərəfindən tətbiqi mənzillərin satışı prosesində əlavə vaxt itkisinin qarşısını alacaq, alıcıların rahatlığını təmin edəcək, həmin müqavilələrin asanlıqla təsdiq edilməsinə şərait yaradacaq.
AzVision.az