“Kaspersky Lab” SOCAR-la danışıqlar aparır
Məmmədovun sözlərinə görə, danışıqlar SOCAR müəssisələrində modernləşdirilməsi fonunda baş verir və “Kaspersky Lab” isə Dövlət Neft Şirkətinin müəssisələrinin sənaye təhlükəsizliyinin sistemləri ilə təmin olunması baxımından bu proses qoşulmaq üzərində işləyir.
“Danışıqların əsas mövzusu istehsalat prosesində sənaye kibertəhlükəsizliyinin təmin olunmasıdır. Yeri gəlmişkən danışıqlar müsbət istiqamətdə davam edir və biz hesab edirik ki, yaxın gələcəkdə müsbət nəticələr əldə olunacaq”, - deyə şirkət rəsmisi bildirib.
Məmmədov qeyd edib ki, sənaye təhlükəsizliyi sistemləri, həmçinin elektrik və su təminatı sistemlərində də tətbiq oluna bilər.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: SOCAR Kaspersky-Lab