Neftimiz ucuzlaşıb

  30 Noyabr 2017    Oxunub : 296
Neftimiz ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

AzVision.az xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar ucuzlaşaraq 64,50 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar bahalaşaraq 63,41 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,17 dollar artaraq 57,57 dollar təşkil edib.

AzVision.az

Teqlər: neft