Strateji Yol Xəritəsinə dair müzakirələr olub

Strateji Yol Xəritəsinə dair müzakirələr olub
  30 Noyabr 2017    Oxunub:1235
Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə Strateji Yol Xəritəsinə dair müzakirələr aparılıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Energetika Nazirliyinin əlaqələndiricisi olduğu “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair” Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkili ilə bağlı energetika nazirinin müvafiq əmri ilə yaradılmış işçi qrupun bu günlərdə üç iclası keçirilib.

İşçi qrupunun tərkibi Energetika, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat”, “Azərsu” açıq səhmdar cəmiyyətlərinin, SOCAR, Əmlak Məsələləri Dövlət Komitəsinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) və Tarif (qiymət) Şurasının Katibliyinin nümayəndələrindən formalaşdırılıb.

İclaslarda da adıçəkilən yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin vaxtında icrası və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Bildirilib ki, kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin birillik hesabatının hazırlanması əlaqələndirici qurum kimi Energetika Nazirliyinə həvalə olunub. Bu məqsədlə “Azərenerji”, “Azərişıq” və “Azərsu” açıq səhmdar cəmiyyətlərinə müvafiq göstərişlər verilib. Bu qurumların əsas və digər icraçı qismində iştirak etdikləri bütün tədbirlər üzrə görülmüş işlərə dair yekun məlumatları cari il dekabrın 1-nə qədər Energetika Nazirliyinə təqdim etmələri razılaşdırılıb.

AzVision.az


Teqlər: Energetika-Nazirliyi  





Xəbər lenti