Azərbaycan Pakistanı BTQ-yə qoşulmağa dəvət etdi

  30 Noyabr 2017    Oxunub : 644
Azərbaycan Pakistanı BTQ-yə qoşulmağa dəvət etdi

“Siyasi baxımdan ölkələrimiz eyni mövqedədir. İqtisadi və ticari əlaqələrin inkişafının vacibliyini müzakirə etdik”.

AzVision.az-ın məlumatına görə, bunu Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, görüşdə ikitərəfli və üçtərəfli əsasda hava nəqliyyatının bərpasının vacibliyi qeyd olunub:“Avropa İttifaqı Pakistanın əsas ticarət tərəfdaşı olduğundan biz Pakistana təklif etdik ki, Azərbaycan və Türkiyənin bu sahədəki imkanlarından yararlansın. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini nəzərdə tuturam.

Biz həmçinin ikitərəfli və üçtərəfli hava əlaqələrinin bərpasını da müzakirə etdik. Çünki ölkələr arasında turizm sektorunun inkişaf etdirilməsi olduqca önəmlidir. Biz növbəti görüşün gələn il Pakistanda keçirilməsinə dair razılığa gəldik. Azərbaycan tərəfi bu görüşün keçirilməsindən razıdır və bu, əməkdaşlığımız üçün yeni üfüqlər açır”.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: XİN   BTQ