Neftlə bağlı anlaşma 9 ay uzadıldı

Neftlə bağlı anlaşma 9 ay uzadıldı
  30 Noyabr 2017    Oxunub:1776
OPEK ölkələri neft hasilatının məhdudlaşdırılması haqqında sazişin müddətinin 2018-ci ilin sonunadək uzadılması ilə bağlı razılığa gəliblər.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, anlaşma 2018-ci ilin sonuna qədər uzadılıb. 2018-ci ilin ortalarında anlaşmanın reallaşmasını müzakirə etmək üçün növbəti iclas keçiriləcək.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri və OPEC Konfransının prezidenti Xalid Əbdüləziz Əl Falih isə deyib ki, OPEK-ə üzv olan və kartelə daxil olmayan 24 ölkənin neft və energetika nazirlərinin görüşündə hasilatın azaldılmasına dair əldə edilmiş “Əməkdaşlıq bəyannaməsi”nin daha doqquz ay müddətində uzadılması qərara alınıb. O, qeyd edib ki, dünya bazarlarının gedişatı həmin vaxtdan bəri göstərir ki, müddətin uzadılması barədə qərar düzgün olub. Ciddi rəqəmlər müsbət bazar ab-havasının mövcudluğundan xəbər verir.

Qeyd edək ki, bundan əvvəl neft hasilatının məhdudlaşdırılması haqqında razılaşmanın müddəti 2018-ci il martın sonunadək uzadılmışdı.

AzVision.az


Teqlər: OPEC  





Xəbər lenti