Danimarka “Şimal axını 2” layihəsinə qarşı çıxdı

Danimarka “Şimal axını 2” layihəsinə qarşı çıxdı
  01 Dekabr 2017    Oxunub:1558
Danimarka “Şimal axını 2” (“Nord Stream 2”) qaz boru kəmərinə qarşı çıxıb.
Danimarka parlamenti boru kəmərinin ölkənin su sərhədlərindən keçməsini müzakirə edib. Parlament “Şimal axını 2” boru kəmərinin Baltik dənizindən keçməsinin qarşısını almaq üçün qanun layihəsi qəbul edib.

Bu qanunla Danimarka “Şimal axını 2” boru kəmərinin ölkənin su sərhədlərindən keçməsinə qarşı çıxıb. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Yeni qanuna əsasən Danimarka xarici işlər naziri boru kəmərlərinin ölkənin su sərhədindən keçib-keçməməsi barədə qərar qəbul edə biləcək.

Qeyd edək ki, “Gazprom”, “E.ON”, “BASF” və “OMV” şirkətləri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik 200 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri üzrə müqavilə imzalayıblar.

AzVision.az


Teqlər: Danimarka  





Xəbər lenti