Xarici dövlət borclanmasının limiti artırılır
“Bu il ölkə iqtisadiyyatın kreditlərin cəlb olunması bağlı xarici dövlət borclanmasının yuxarı həddi 4,5 mlrd. manat müəyyən olunub. Lakin müəyyən səbəblərə görə beynəlxalq maliyyə qurumları ilə danışıqlar ehtimal olunandan uzun davam edib və bu günə qədər kredit sazişlərinin imzalanması mümkün olmayıb. Son nəticədə həmin limitdən 1,15 mlrd. manat az istifadə olunması gözlənilir.
Həmin layihələrin ölkə üçün prioritetliyini nəzərə alaraq borclanma limiti üzrə bu il istifadə olunmamaış 1,15 mlrd. manat qalığın 2018-ci ilə keçirilməsi və limit üçün müəyyən olunmuş ilkin proqnozun yuxarı həddinin artırlaraq 2,15 mlrd. manata çatdırlması təklif olunur. Eyni zamanda, qeyd olunmalıdır ki, bu artım da nəzərə alınmaqla dövlət borclanmasının yuxarı həddi limiti üzrə göstərici 2017-ci illə müqayisədə 2 milyard 650 milyon manat və yaxud 48% azdır”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Samir-Şərifov