Tələbələrə xoş xəbər: Təqaüdlər artırılacaq

Tələbələrə xoş xəbər: Təqaüdlər artırılacaq
  01 Dekabr 2017    Oxunub:3169
“Büdcədə tələbələrə ayrılan təqaüdlər üzrə xərc artırılır. Təhsil bölməsində Təhsil Nazirliyinin sair xərclər maddəsində xərclərin 46 mln. manatının təyinatı dəyişdirilərək tələbələrə verilən təqaüdlər maddəsinə yönəldilib”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar icalsında maliyyə naziri Samir Şərifov deyib. Nazir qeyd edib ki, 2018-ci il üçün həmin maddə üzrə xərclər 70 mln. manata çatdırlacaq ki, bu da cari illə müqayisədə 11,3 mln. manat və ya 19,3% çoxdur.

“Bu da büdcənin müzakirəsi zamanı tələbələrə verilən təqaüdlərlə bağlı səsləndirilən anlaşılmazlıqları tam aradan qaldırır”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Tələbə   Təqaüd  





Xəbər lenti