TAP-ın inşasında 6 min nəfər çalışır

TAP-ın inşasında 6 min nəfər çalışır
  02 Dekabr 2017    Oxunub:1782
Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşasında 6 min nəfər çalışır.
Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilib ki, boru kəmərinin keçdiyi 3 ölkədə - Yunanıstan, Albaniya və İtaliyadakı tikinti sahələrində ümumilikdə təxminən 6 min nəfər işləyir.

Qeyd edək ki, TAP qaz boru kəməri layihəsinin 57 faizdən çoxu icra edilib. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir.

AzVision.az


Teqlər: TAP  





Xəbər lenti