Ölkədə 195 min ton pambıq yığılıb

  02 Dekabr 2017    Oxunub : 673
Ölkədə 195 min ton pambıq yığılıb

Dekabrın 2-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 195 min 84 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, ötən gün 571,17 ton pambıq tədarük edilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndə gedirlər. Ölkə üzrə tədarük olunan pambığın 25 min 251 tonu bu rayonun payına düşür. Biləsuvarda 23862 ton, Bərdədə 21001 ton, Ağcabədidə 19225 ton və Sabirabadda 17281 ton pambıq tədarük olunub.

AzVision.az

Teqlər: pambıq