Rusiyadan Azərbaycana 200 milyon dollarlıq təklif

Rusiyadan Azərbaycana 200 milyon dollarlıq təklif
  03 Dekabr 2017    Oxunub:2143
"Rusiya İxracat Mərkəzi" SC Azərbaycana məhsul ixracı üzrə 20 layihənin dəstəklənməsi imkanını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, bunu Trend-ə "Rusiya İxracat Mərkəzi" SC-nin nümayəndəsi Elmira Kaçayeva deyib.

Onun sözlərinə görə, demək olar ki, bütün layihələr qeyri-maliyyə xidməti sahələrini əhatə edir.

E.Kaçayeva deyib: "Əgər bu layihələr həyata keçirilsə, o zaman ixracın həcmi 200 milyon dolları keçə bilr".

Qeyd edək ki, bu gün üçün "Rusiya İxracat Mərkəzi" SC Azərbaycana 500 milyon dollar dəyərindən çox ixracı dəstəkləyib.

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Layihə  





Xəbər lenti