Bakıda benzin istehsalı 4,7 faiz artıb
Bu ilin yanvar-oktyabr aylarında Bakının mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 21,9 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 4,3 faiz azalıb. Sahənin əsas məhsulu olan xam neftin hasilatı 31,8 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 15 milyard kubmetr təşkil edib. Paytaxt üzrə neft hasilatı 7,3 faiz, əmtəəlik qaz hasilatı isə 2,7 faiz azalıb.
AzVision.az