“Şuşa” tankeri təmir olunub
Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Gövdə hissəsində lazımi gövdə-qaynaq işləri aparılıb. Tərsanə təmiri zamanı gəminin sualtı hissəsi, sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri, nasoslar da təmir olunub. "Şuşa" tankerinin uzunluğu 149,9 metr, eni 17,3 metr, maksimal sürəti 12 uzeldir.
Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi əhəmiyət verilir. Yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni tankerlər hesabına donanmanın daha da gücləndirilməsi planlaşdırılır.
AzVision.az
Teqlər: Xəzər-Dəniz-Gəmiçiliyi