Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası müzakirə edilib

Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası müzakirə edilib
  07 Dekabr 2017    Oxunub:1324
İqtisadiyyat Nazirliyində Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası müzakirə edilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qurumun əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"nin icra vəziyyətinin müzakirəsi ilə bağlı növbəti iclas keçirilib. İclasda İqtisadiyyat Nazirliyinin əsas icraçı olduğu tədbirlər üzrə məsul icraçı və əlaqələndirici struktur bölmələrin nümayəndələrinin iştirakı ilə qeyd olunan Strateji Yol Xəritəsi üzrə tədbirlərin icra vəziyyəti müzakirə edilib. Əvvəlki iclaslarda tədbirlərlə bağlı verilmiş tapşırıq və tövsiyələrin icrası barədə hesabat məruzələri dinlənilib.

İclasda görüləcək işlərə və gözlənilən nəticələrə dair fikir mübadiləsi aparılıb, tədbirlərin tam və vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq tövsiyələr verilib.

AzVision.az


Teqlər: İqtisadiyyat-Nazirliyi  





Xəbər lenti