Maşından 576 ədəd fişəng çıxdı

Həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, keçirilən gömrük baxışı zamanı avtomobilin arxa oturacağının içərisindən və alt hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən üzərində gürcü əlifbası ilə yazılar olan 576 ədəd fişəng və 160 qutu pirotexniki vasitə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: DGK