“Bir uşaq- Bir ümid” xeyriyyə aksiyası başladı

“Bir uşaq- Bir ümid” xeyriyyə aksiyası başladı
  07 Dekabr 2017    Oxunub:1794
Azərbaycanın ali təhsil məktəblərində təhsil alan bir qrup gənc ölkənin ucqar dağ kəndlərindəki məktəblilərin təhsilinə dəstək məqsədilə "Bir uşaq- Bir ümid" adlı xeyriyyə aksiyasına start verib.
AzVision.az xəbər verir ki, layihənin məqsədi ucqar dağ kəndlərində məktəblilərə ali məktəblərə daxil olmasına dəstək göstərməkdir. İlkin olaraq, Lerik rayonunun gediş-gəlişin çətin olduğu ucqar dağ kəndlərindən başlayan layihə çərçivəsində abituriyentlərin universitetə hazırlıq mərhələsinə kömək ediləcək.

Layihənin təşəbbüskarı və rəhbəri, Azərbaycan Tibb Universitetinin 5-ci kurs tələbəsi Səxavət Veyisov deyir: “Biz seçdiyimiz kәnd mәktәbinin 1 otağını tәmir edib, kompüter, proyektor kimi avadanlıqlarla tәmin etmək, 8 fәnndәn - Azәrbaycan dili, Әdәbiyyat, Riyaziyyat, Tarix, Coğrafiya, Biologiya, Kimya, Fizika, İngilis dili fənləri üzrə müəllimlər ayırmaq və onların rayon mərkəzindən kəndə gedib gəlməyini asanlaşdırmaq üçün ümumi bir nəqliyyat vasitəsi ilə təmin etmək istәyirik”.

Aksiyadan əldə ediləcək vəsaitin sözügedən fənlər üzrə dərs deyəcək müəllimlərin hər birinə ayda 200 manatın verilməsi, dərs lәvazimatları, surətçxarma vә nәqliyyat xərclərinin ödənilməsi üçün ayrılması nəzərdə tutulur. Həmçinin, yığılan vəsait hesabına məktəb üçün lazım olan kompüter və proyektor alınacaq, davamlı internet xidmətinin verilməsi dəstəklənəcəkdir. Bütün bu xərclər üçün cəmi 13050 manat vəsait lazım olacaq.

Təhsilə dəstək olmaq istəyənlər aşağıdakı hesablara vəsait köçürə bilərlər.
Bank hesabı:
Hesab Sahibi: VEYİSOV SӘXAVӘT TAHİR OĞLU
Kart nömrәsi:
AZN üçün: 4203 8221 4150 2690
Month/year: 11/18
USD üçün: 4203 8221 4192 0896
Month/Year: 11/18
____________________________________

Milli ÖN vasitәsilә ödәmә:
Bank xidmәti -> Bank of Baku -> Karta yüklәmә -> AZN vә ya USD

Müştәri kodu: 735834
Doğum tarixi: 07.10.1996
Nağd ödəmələr üçün əlaqədə ola biləcəyiniz şəxslər:
Sexavet Veyisov
e-mail: [email protected]
Әfsanә Salehova
e-mail: [email protected]

AzVision.az


Teqlər: aksiya  





Xəbər lenti