Məsələn, uşaq riyaziyyatdan məsələ həll edir və bacarmır. Bu, artıq onun üçün problemə çevrilir. Və ya ailədaxili münasibətlər sistemində hər hansı pozulma gedirsə, bu da problemdir. Bunun həlli yollarını tapmayanda insan çıxış yolunu intiharda görür".

A.Veysəlova bildirib ki, azyaşlı, 10-14 yaşlı uşaqlar özünəqəsdə yaxınlarını narahat etmək, ailədə var olduqlarını göstərmək üçün əl atırlar: "Dünyada aparılan təhlillər nəticəsində gəlinən nəticələrdən biri budur. Uşağın niyyəti özünü öldürmək deyil. Sadəcə valideynlərdən daha çox hansının onu sevdiyini öyrənmək üçün buna əl atır. Fikirləşmirlər ki, bunun ağır nəticəsində ölüm halı baş verə bilər. Ailədaxili münaqişələrə, konfliktlərə dözməyən uşaqlar da intihara əl atır.
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi intiharların səbəblərin araşdırılması, buna qarşı hansı mübarizə metodlarından istifadə edilməsi barədə araşdırma aparıb. Araşdırma hazırda təhlil edilir. Növbəti il üçün bunun geniş təqdimatını verəcəyik".
A.Veysəlova informasiya texnologiyalarənın inkişaf etdiyi dövrdə valideynlərin üzərinə ikiqat məsuliyyət düşdüyünü vurğulayıb. "Hər kəs, o cümlədən valideynlər öz övladlarına qarşı məsuliyyətlə yanaşmalıdırlar. Uşaqların keçid-böhran yaş dövrlərində onlara həssaslıqla fikir verməlidirlər Uşağa yaxşı geyinmək, qidalanmaq, yaxşı təhsil verməklə yanaşı, onların mənəvi aləmini də təmin etmək lazımdır. Uşağın psixoloji vəziyyəti daim nəzarətdə saxlanılmalıdır. Əvvəllər də belə hallar olub. Lakin bu gün yaşadığlmız dövrdə informasiya texnologiyaları da intihar hallarında öz izini qoyur".
Aytən Zəhra
AzVision.az