Azərbaycan Səudiyyə Ərəbistanına bal ixrac edə bilər

Azərbaycan Səudiyyə Ərəbistanına bal ixrac edə bilər
  09 Dekabr 2017    Oxunub:1616
Meyvə şirələri, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsil olunduğu ixrac missiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfəri başa çatıb.
İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ixrac missiyası çərçivəsində iş adamları bir sıra ikitərəfli görüşlərdə iştirak edib, yerli məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələlərini müzakirə ediblər.

Səfərin sonuncu günü Ciddə Ticarət və Sənaye Palatasında görüş keçirilib. Görüşdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycanın biznes mühiti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, “Made in Azerbaijan” brendinin təşviqi tədbirləri, ixrac missiyamızda təmsil olunan şirkətlərin fəaliyyəti barədə məlumat verib. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət nümayəndəsi Elnur Əliyev isə Azərbaycan və Körfəz ölkələri arasına ticarət əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb.

AzVision.az



Teqlər: Səudiyyə-Ərəbistanı   Azərbaycan   İxrac  





Xəbər lenti