Bəzi avtobusların hərəkət istiqaməti dəyişəcək

Bəzi avtobusların hərəkət istiqaməti dəyişəcək
  11 Dekabr 2017    Oxunub:1744
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
BNA-dan AzVision.az-a verilən məlumata görə, bu səbəbdən də qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saat 07:00-dan tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

AzVision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti