Bu il 52 yaşayış məntəqəsi qazlaşdırılıb
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən bu ilin yanvar-noyabr ayları ərzində 1336,4 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 204,4 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz, Biləsuvar, Astara, Cəlilabad və Masallı rayonları üzrə 52 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.
AzVision.az
Teqlər: "Azəriqaz"