Ötən gün 99 cinayət faktı qeydə alınıb

Ötən gün 99 cinayət faktı qeydə alınıb
  12 Dekabr 2017    Oxunub:1336
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 99 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 26 nəfər tutularaq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət  





Xəbər lenti