Mərkəzi Bankın valyuta hərracı keçirilib

Mərkəzi Bankın valyuta hərracı keçirilib
  13 Dekabr 2017    Oxunub:1446
Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100266S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan AzVision.az-a verilən məlumata görə, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 98.8472 AZN (14.99 faiz) və 99.2278 AZN (10.01 faiz) olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147 357 600,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8472 AZN (14.99 faiz), orta ölçülmüş qiyməti 99.0443 AZN (12.41 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 147 357 600,00 AZN təşkil edib. Notların ödəmə tarixi 2018-ci il yanvarın 10-dur.

AzVision.az


Teqlər: Mərkəzi-Bank   Hərrac  





Xəbər lenti