Regional ictimai müzakirə keçirilib

Regional ictimai müzakirə keçirilib
  16 Dekabr 2017    Oxunub:1823
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Aran iqtisadi rayonu üzrə, “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirəni davam etdirib.
Mərkəzdən AzVision.az-a verilən xəbərə görə, Mingəçevir şəhərində təşkil olunan müzakirəyə Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Bərdə, Göyçay, Kürdəmir, Ucar, Zərdabdan 300 nəfər yaxın sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndələri qatılıb.

Mingəçevir şəhər icra hakimiyyəti başçısı Niyazi Bayramov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə, xüsusi ilə bölgələrdə sosial-iqtisadi sahədə yüksək nailiyyətlər əldə edilib. Onun sözlərinə görə, aparılan uğurlu siyasət nəticəsində Aran iqtisadi rayonunda və xüsusi ilə Mingəçevir şəhərinin hərtərəfli inkişafı üçün böyük işlər görülüb. Bu proses hazırda da uğurla davam etdirilir.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov bildirib ki, artıq bir neçə aydır bölgələrdə mütəmadi olaraq regional müzakirələrin keçirilməsində əsas məqsəd sahibkarlıq subyektlərinin, bələdiyyələrin və digər maraqlı tərəflərin iqtisadi təşəbbüslərinin dəstəklənməsi yolu ilə islahatların effektivliyinin artırılmasıdır. İlham Əliyevin ötən ilin dekabr ayında təsdiq etdiyi və hazırda uğurla icra edilən Strateji Yol Xəritələrində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi əhalinin rifah halının yaxşılaşmasına, regionların iqtisadi potensialının tam olaraq gücləndirilməsinə, əlverişli biznes mühitinin formalaşdırılmasına, iqtisadi və sosial problemlərin həllinə böyük töhfə verir və bu istiqamətdə mümkün olan bütün qüvvələr səfərbər edilib. “Azərbaycanda iqtisadi artım dinamikası bərpa edilib. 2-ci əsas istiqamətlərdən biri isə Azərbaycanda aparılan iqtisadi islahatlar olub. 2016-2017-ci ildə Azərbaycanda 50–yə yaxın islahat tədbiri həyata keçirilib. Bu tədbirlər vergi, gömrük, biznes mühitinin yaxşılaşdırılması, yoxlamaların dayandırılması, lisenziyaya icazələr sisteminin təkmilləşdirilməsi və bir sıra digər sahələri əhatə edir. Prezident İlham Əliyev tərəfindən sahibkarlığın inkişafına xüsusi qayğı göstərilir, ölkədə iqtisadi təşviq və imtiyaz mexanizmləri işə salınıb. Bank sektorunun inkişafı və maliyyə dayanıqlılığı ilə bağlı məsələlər də diqqət mərkəzindədir.”

Müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının meneceri Zaur Qardaşov portalın fəaliyyəti, son dövrlərdə əldə etdiyi uğurlar, eləcə də “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi barədə geniş məlumat təqdim edib. İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov isə təmsil etdiyi qurumun bu bölgə üzrə gördüyü işləri əhatə edən “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib. Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrin maraqlandıran suallara cavablar verilib.

AzVision.az


Teqlər: ictimai-müzakirə  





Xəbər lenti