Azərbaycan “Tatra” istehsal edəcək
Memorandumun imzalanması münasibətilə keçirilən tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Azərbaycan-Avropa Ticarət Palatasının rəhbərliyi və mətbuat nümayəndələri iştirak ediblər. Tədbirin açılışında çıxış edən F.Şəfiyev "Tatra” şirkətinin Azərbaycanın sənaye sahəsinə daxil olmasını əlamətdar hadisə kimi qiymətləndirib və eyni zamanda Çexiya şirkətinin "Gəncə avtomobil zavodu”na göstərdiyi etimadı təqdirəlayiq adlandırıb. Səfir həmçinin sözügedən Memorandumun imzalanmasının Azərbaycanın qeyri-neft sektoruna töhvə verəcəyinə ümidvar olduğunu qeyd edib.
AzVision.az
Teqlər: Azərbaycan Çexiya Tatra