Gəmiçilik xarici sularda fəaliyyətini genişləndirir
Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək tankerin istismarına nəzarəti və texniki xidməti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədəki “Casptankers” şirkəti yerinə yetirəcək.
Dedveyti 7,017 ton, uzunluğu 140.85, eni 16.86 metr olan bu tanker “Volqa-Don-Maks” tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. “Gəncə” gəmisi Gəmiçiliyin xaricdə maye yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. Həmçinin artması proqnozlaşdırılan maye yüklərin daşınmasını təmin etmək üçün “Gəncə” tipli tankerlərin böyük iqtisadi əhəmiyyəti var. Qeyd edək ki, tanker istismara ötən il Prezident İlham Əliyevin də iştirak etdiyi mərasimdə verilib.
Xatırladaq ki, Gəmiçiliyin xarici sulardakı fəaliyyəti uzun fasilədən sonra 2014-cü ildə Prezident İlham Əliyevin tapşırığına əsasən “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib.
AzVision.az
Teqlər: Xəzər-Dəniz-Gəmiçiliyi