8 bank tərəfindən özəl kredit bürosu yaradılıb
İclasda "Azərbaycan Kredit Bürosu" MMC-nin təsis edilməsi qərara alınıb. Büronun təsisçiləri "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Bank Respublika" ASC, "Xalq Bank" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "Unibank KB" ASC və "Ziraat Bank Azərbaycan" ASC olub.
İclasda, həmçinin cəmiyyətin nizamnaməsi, idarəetmə orqanlarının formalaşdırılması ilə əlaqədar məsələlər və cəmiyyətin dövlət qeydiyyatı ilə bağlı işlərə başlanması təsdiqlənib. "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin idarə heyətinin sədri Xalid Əhədov cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.
AzVision.az