Latviyada Azərbaycan Ticarət Evi qeydiyyata alınıb

Latviyada Azərbaycan Ticarət Evi qeydiyyata alınıb
  22 Dekabr 2017    Oxunub:1559
Latviyadakı Azərbaycan Ticarət Evinin idarə olunması məqsədilə bu ölkədə “Azərbaycan Ticarət Evi" MMC (“Trading House of Azerbaijan”) yaradılıb və onu Latviya Müəssisələrinin Kommersiya Reyestri dövlət qeydiyyatına alıb.
AzVision.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ticarət Evi yerli məhsulların "Made in Azerbaijan" brendi altında Latviya bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və işgüzar əlaqələrin qurulması, Latviya qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, həmçinin Latviya vasitəsilə Avropa bazarına məhsul ixracı və satışında sahibkarları dəstəkləyəcək.

AzVision.az


Teqlər: Azərbaycan-Ticarət-Evi  





Xəbər lenti