Əmək pensiyaları 11 ildə 6,8 dəfə artırılıb
AzVision.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
2017-ci ilin 1 oktyabr tarixinə isə bu göstərici daha da artaraq 43,4 faizə yüksəlib. Azərbaycanda yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti 0,5 faiz təşkil edir və əgər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının son açıqlamasında təqdim olunan məlumatlara nəzər salsaq, görərik ki, Fransa, Avstriya, İtaliya kimi inkişaf etmiş ölkələr də təqribən eyni səviyyədə göstəriciyə malikdirlər.
S.Müslümov vurğulayıb ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcə imkanlarının davamlı artımı da əsas, təminat vasitəsi kimi çıxış edir.
Fondun gələn ilki büdcəsi pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini davam etdirməyə və bu tədbirlər nəticəsində 2018-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 6,9 faiz artaraq 216,5 manata çatmasına imkan verəcəkdir.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Səlim-Müslümov Pensiya