Xoşbəxt Yusifzadə: “100 ilə çatacaq qazımız var”

  23 Dekabr 2017    Oxunub : 3814
Xoşbəxt Yusifzadə: “100 ilə çatacaq qazımız var”
“2018-ci ildə TANAP, 2019-cu ildə isə TAP layihəsi hazır olacaq”.

AzVision.az xəbər verir ki, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təkil olunan “Şərqlə Qərbin qovşağında: Yeni enerji və kommunikasiya imkanları” adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan bu borular vasitəsi ilə Avropanı qazla təmin edəcək:

“Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir. Təsdiq olunmamış qaz ehtiyatları və perspektivlərlə birlikdə 6 trilyon kubmetr qaz var. Odur ki, bizim bu kəmərləri doldurmağa qazımız olacaq. İran və Rusiyanın gələcəkdə bu boru kəmərlərinə qoşulmaqla bağlı söhbətlər var. Bu ölkələr layihələrə qoşulmasalar belə, bizim öz qazımız bu kəmərləri doldurmağa çatacaq”.

X,Yusifzadə qeyd edib ki, “Şahdəniz” qaz yatağında 1 trilyon 200 milyard kubmetr qaz, 240 milyon kondensat mövcuddur: ““Ümid” yatağında 200 milyon kubmetr qaz, 40 milyon ton kondensat var. “Abşeron” yatağında isə 350 milyard qaz var. Bizim öz ehtiyatlarımızı da bu rəqəmlərin üzərinə gələndə 100 ilə çatacaq qazımız var”.

"Cənub Qaz Dəhlizi layihəsinin işə salınması üçün 44-45 milyard dollar lazımdır" - deyən Xoşbəxt Yusifzadə bildirib ki, bu vəsaitin 25 milyard dolları artıq xərclənib.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: SOCAR   Xoşbəxt-Yusifzadə