Xaçmazda toxum emalı fabriki tikilir

Xaçmazda toxum emalı fabriki tikilir
  25 Dekabr 2017    Oxunub:1646
Xaçmaz rayonunda toxum emalı fabrikinin tikintisinə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən AzVision.az-a verilən məlumata görə, illik istehsal gücü 3 min ton olan fabrik rayonun Qaraçay-cek kəndində inşa olunur. Müasir toxumçuluq mərkəzi toxum laboratoriyasından, hərəsindən iki ədəd olmaqla tutumları 1000 və 500 tonluq anbarlardan, qapandan və inzibati binadan ibarət olacaq.

Fabrikin fəaliyyətə başlaması şimal bölgəsindəki taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların istehsalı həyata keçiriləcək.

Tikinti işlərinə dekabr ayının əvvəllərindən başlanılıb. 2018-ci ildə istifadəyə veriləcək toxumçuluq müəssisəsində istehsal edilən, eyni zamanda, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, paketlənməsi, sertifikatlanması həyata keçiriləcək. Toxumçuluq müəssisəsində quraşdırılacaq avadanlıqlar Türkiyədən gətirilib.

Yeni yaradılan fabrikdə şimal bölgəsində məhsuldarlığı ilə seçilən “Qobustan”, “Qarabağ-22”, “Fatimə” kimi sortların istehsalına üstünlük veriləcək.

AzVision.az


Teqlər: Fabrik   Xaçmaz  





Xəbər lenti