"AGBank"-ın bağlanması ilə bağlı iddialara cavab

  25 Dekabr 2017    Oxunub : 534
"AGBank"-ın bağlanması ilə bağlı iddialara cavab

AGBank hal-hazırda əvvəlki qaydada fəaliyyətini davam etdirir. AGBank-ın bağlanmasına heç bir maliyyə, iqtisadi, hüquqi əsas da yoxdur. Sadəcə olaraq maliyyə bazarında mövcüd riskləri nəzərə alaraq bank daha ehtiyatlı kredit siyasəti həyata keçirir.

AzVision.az xəbər verir ki, bu barədə bankın yaydığı açıqlamada bildirilib.

Qeyd edilib: "AGBank 25 ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərir və ən etibarlı banklar sırasındadır. Hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 65 bankomatla müştərilərimizin xidmətindəyik”
AGBank -ın İdarə Heyətinin sədri Əfqan Cəlilov iqtisadçı Natiq Cəfərlinin bağlanma ehtimalı yüksək olan bankların sırasında AGBank-ın adının çəkilməsinə münasibət bildirib. Ə. Cəlilov bu informasiyaların şayədən ibarət olduğunu qeyd edərək,ekspertləri açıqlamalar verərkən bir qədər məsuliyyətli olmağa çağırıb.

İdarə Heyətininin sədri bildirib ki, bank nəinki bağlanmaq, əksinə yaxın günlərdə müştərilərin rahatlığına hesablanmış yeni məhsullar təqdim etməklə yanaşı bir sıra innovativ layihələr də həyata keçirəcək:”Biz hər kəsi, ekspertləri, media nümayəndələrini bankımıza dəvət edirik. Gəlib özləri bankın hazırki fəaliyyəti ilə tanış ola bilərlər. AGBankda hal-hazırda 700-dən çox ibarət peşəkar işçi kollektivi çalışır. Bankda hazırki müştəri sayı 320 000 dən artıqdır. Kreditlərin verilməsində də heç bir problem yoxdur. Banklar arasında liderliyi qoruyub saxlayan AGBank-ın hazırki ümumi ipoteka kredit portfeli 56,3 mln. manat təşkil edir. Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1800-dən artıq ipoteka kreditləri verilib və hazırda bankda 1600 aktiv kredit mövcuddur. AGBank tərəfindən yenilənmiş ipoteka şərtləri əsasında artıq 11.3 mln. manat əbləğində ipoteka krediti verilib.Hər zaman müştəri məmnuniyyətinə üstünlük verən bank bir çox innovativ xidmət və yenilikləri ilə seçilib. Hazırda AGBank tam həcmdə bütün bank xidmətlərini göstərir. Bankın əsas məqsədi müştərilərə yüksək səviyyədə xidmət göstərmək və bank bazarında liderliyi əldə etməkdən ibarətdir”

AzVision.az

Teqlər: Bank