İpoteka və Kredit Zəmanət fondları birləşdirildi
Bundan başqa, 3.5-ci bənddə "Cəmiyyətin" sözü "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun" sözləri ilə əvəzlənib.
4.8-ci bənddə "Cəmiyyətin" sözü "Fondun" sözü ilə əvəz edilib.
Nazirlər Kabineti prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat verməlidir.
Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verəcək.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Fond