Qaçırdığı maşınla qəza törətdi

Qaçırdığı maşınla qəza törətdi
  26 Dekabr 2017    Oxunub:1542
Tovuzda yol qəzası baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 25-də Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindən kənd sakini Sakit Yusifova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Xatınlı kənd sakini Əli Hüseynov həmin gün qaçırdığı avtomobili Tovuz şəhəri ərazisində idarə edərkən Düz Qırıqlı kənd sakini Məhəmməd Qarayevin idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub.

Ə.Hüseynov Tovuz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   qəza.  





Xəbər lenti