Dəmir yolu ilə 13 milyon ton yük daşınıb

Dəmir yolu ilə 13 milyon ton yük daşınıb
  27 Dekabr 2017    Oxunub:1601
Bu ilin yanvar-noyabr aylarında dəmir yolu nəqliyyatı ilə 13 milyon ton yük, 2,2 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin məlumatına görə, 2016-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 7,1 faiz azalma, sərnişin daşınmasında isə 25,1 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 348 vaqon yüklənib, 419 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,3 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti