Bakıda benzin istehsalı artıb

Bakıda benzin istehsalı artıb
  27 Dekabr 2017    Oxunub:1551
Bu ilin yanvar-noyabr aylarında Bakıda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 469,2 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 9,2 faiz azalıb.
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, hesabat dövründə neft məhsullarından avtomobil benzininin istehsalı 4,7 faiz, neft koksunun istehsalı 6,8 faiz, neft bitumunun istehsalı 22,7 faiz, sürtkü yağlarının istehsalı isə 3,7 dəfə artıb.

Yanvar-noyabr aylarında paytaxtda dizel yanacağının istehsalı 20 faiz, yanacaq mazutunun istehsalı 42,6 faiz, ağ neftin istehsalı 6,9 faiz azalıb.

AzVision.az


Teqlər: Statistika   Benzin  





Xəbər lenti