Bu il ipoteka ilə ev alanların sayı açıqlanıb
2017-ci il ərzində Fond ipoteka istiqrazlarının emissiyası vasitəsilə 265 mln. manat məbləğində vəsait cəlb edib, dövriyyədə olan 65 mln. manat məbləğində əsas borcu üzrə ödənişlər həyata keçirilb. Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Fond istiqrazların 13 buraxılışını həyata keçirib, cəlb edilmiş maliyyə vəsaitlərinin məbləği 655 mln. manata çatıb. Bu vəsaitlər adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8%) maliyyələşdirilməsinə yönəldilir. Hazırda Fondun dövriyyədə olan istiqrazlarının məbləği 534,6 mln. manatdır, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.
2017-ci ilin dövlət büdcəsindən Fonda 50 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub ki, artıq bu vəsait tam şəkildə Fondun hesabına daxil edilib. Ümumilikdə, 2005-2017-ci illər ərzində dövlət büdcəsindən Fonda 366 mln. manat məbləğində vəsait daxil olub.
AzVision.az
Teqlər: ipoteka