57 şəhərdə əmək yarmarkası keçirilib
Aktiv məşğulluq tədbirlərində, həmçinin 114 nəfərə haqqı ödənilən ictimai işlərə göndəriş verilib. Peşə və ixtisası olmadığı üçün özünə münasib iş yeri, yaxud peşə və ixtisasına uyğun gələn iş tapa bilməyən və həmin səbəbdən yeni peşəyə yiyələnmək istəyən 245 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
İl ərzində Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində yerləşən ümumilikdə 10 ali təhsil müəssisəsində tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri təşkil olunub. Həmin tədbirlərdə tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə müvafiq ixtisaslar üzrə kadrların seçimini aparmaq imkanı yaradılıb, həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, ixtisasartırma kurslarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.
Ümumilikdə bu ilin 11 ayında Dövlət Məşğulluq Xidməti 46 048 nəfəri münasib işlə, 1143 nəfəri isə haqqı ödənilən ictimai işlərlə təmin edib. Xidmətin xətti ilə 3226 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən isə 285 nəfər gənc peşə hazırlığı kurslarına qəbul olunub.
AzVision.az
Teqlər: ƏƏSMN