“Valyuta ehtiyatlarımızı artırmağa nail olmuşuq” - Samir Şərifov
Nazir bildirib ki, bu ilin ötən müddəti ərzində ölkənin ticarət saldosu müsbətə doğru dəyişib: "Şübhəsiz ki, burada neftin qiymətinin artmasının da rolu var. Eyni zamanda, ölkədə aparılan idxalın əvəzlənməsi siyasəti öz müsbət nəticələrini verməkdədir. İndi ticarət saldomuz təqridən 5 milyard dollara yaxın müsbət nəticə verib. Bu da onu göstərir ki, ölkəyə daha çox xarici valyuta daxil olur ki, bu da öz növbəsində bizim tədiyyə balansımıza müsbət təsir göstərir. Beləliklə, biz valyuta ehtiyatlarımızı, maliyyə qüvvəmizi bir qədər də artırmağa nail olmuşuq".
S.Şərifov qeyd edib ki, 2018-ci ildə də bu işlərin davam etdirilməsi istiqamətində işlər görüləcək.
AzVision.az
Teqlər: Nazir Samir-Şərifov