Mərkəzi Bank depozit hərracı keçirəcək

Mərkəzi Bank depozit hərracı keçirəcək
  29 Dekabr 2017    Oxunub:1413
Yanvarın 5-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AzVision.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 10 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir.

AzVision.az


Teqlər: Mərkəzi-Bank   Hərrac  





Xəbər lenti