Strateji Yol Xəritəsi ilə bağlı iclas keçirildi
Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda qeyd edilən strateji yol xəritəsinin icrası məqsədilə təsdiq olunmuş əməliyyat planına uyğun olaraq cari ilin dekabr ayı ərzində, habelə “Milli Strateji Yol Xəritələrinin 2017-ci il üzrə və növbəti ay üçün keçirilməsi nəzərdə tutulan tədbirlər planı açıqlanıb.
Tədbirlər planının icrasının koordinasiya işlərinin daha səmərəli aparılması məqsədi ilə 16 prioritet üzrə yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülən işlər və keçirilən görüşlər barədə hesabat məruzələri dinlənilib, icra mərhələsində olan tədbirlərin qiymətləndirilməsi və gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparılıb. İclasda həmçinin 2018-ci ilin I rübü və ümumilikdə növbəti il üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair müvafiq tapşırıqlar verilib.
AzVision.az
Teqlər: Palata