Strateji Yol Xəritəsi ilə bağlı iclas keçirilib

Strateji Yol Xəritəsi ilə bağlı iclas keçirilib
  30 Dekabr 2017    Oxunub:2054
Maliyyə Bazarlarına Nəzarət Palatasında “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də icraçısı olduğu digər Strateji Yol xəritələri üzrə tədbirlərin 2017-ci ildə icra vəziyyətinin müzakirəsinə dair növbəti iclas keçirilib.
Palatadan AzVision.az-a istinadən xəbər verir ki, iclasda bu qurum tərəfindən bank sektorunun sağlamlaşdırılması, institusional infrastrukturunun təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Sığorta sahəsinin iqtisadiyyatda penetrasiyasının artırılması məqsədilə yeni sığorta mexanizmlərinin yaradılması, habelə qiymətli kağızlar bazarlarının inkişafı istiqamətində listinq prosedurlarının təkmilləşdirilməsi, bankların kapital bazarlarına inteqrasiyası kimi məsələlər müzakirə edilib.

Palatanın baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda qeyd edilən Strateji Yol Xəritəsinin icrası məqsədilə təsdiqlənmiş əməliyyat planına uyğun olaraq cari ilin dekabr ayı ərzində, habelə “Milli Strateji Yol xəritələrinin 2017-ci il üzrə və növbəti ay üçün keçirilməsi nəzərdə tutulan tədbirlər planı açıqlanıb.

Tədbirlər planının icrasının koordinasiya işlərinin daha səmərəli aparılması məqsədilə 16 prioritet üzrə yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülən işlər və keçirilən görüşlər barədə hesabat məruzələri dinlənilib, icra mərhələsində olan tədbirlərin qiymətləndirilməsi və gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparılıb. İclasda, həmçinin 2018-ci ilin I rübü və ümumilikdə növbəti il üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair müvafiq tapşırıqlar verilib.

AzVision.az


Teqlər: Strateji-Yol-Xəritəsi  





Xəbər lenti