Tacikistanla iqtisadi əlaqələr müzakirə edilib
Qeyd edilib ki, Azərbaycan və Tacikistan ticarət, investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq edir. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş olduğu, tranzit, kənd təsərrüfatı sahələrində əməkdaşlığın, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Tacikistana ixracının, Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Tacikistana səfərinin təşkilinin, yerli şirkətlərin Tacikistanda həyata keçirilən layihələrdə iştirakının ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb və bu məsələlərin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə də iştirak edib.
AzVision.az
Teqlər: İqtisadiyyat Nazirlik Tacikistan