“Brent”in qiyməti ilk dəfə 68 dolları ötüb

“Brent”in qiyməti ilk dəfə 68 dolları ötüb
  04 Yanvar 2018    Oxunub:1811
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
AzVision.az xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1,30 dollar bahalaşaraq 69,89 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,33 dollar artaraq 68,17 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,52 dollar bahalaşaraq 62,15 dollar təşkil edib.

Qeyd edək ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 2,1 faiz artaraq 2015-ci ildən bu vaxtadək ilk dəfə 68 dolları keçib. Hazırda “Brent” nefti Londonun ICE birjasında 68,17 dollar/barreldən alıcı axtarır. “Brent”in qiyməti sonuncu dəfə 2015-ci il mayın 13-də 68 dollar/barreldən baha satılıb.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti